Millinin təyarrəsində QORXULU OLAY - Futbolçular huşunu itirdi

Millinin təyarrəsində QORXULU OLAY - Futbolçular huşunu itirdi

Afrika Millətlər Kuboku üçün turnirin keçiriləcəyi Fil Dişi Sahilinə yola düşən Qambiya milli komandası xoşagəlməz vəziyyətlə üzləşib.

Mediasport.az xəbər verir ki, yığmanın bəzi futbolçuları təyyarədə oksigen çatışmazlığı səbəbindən huşunu itirib.

Nəticədə, təyyarə bütün nümayəndə heyəti ilə geriyə - Qambiyaya qayıdıb.

Xatırladaq ki, Afrika Millətlər Kuboku yanvarın 13-də start götürəcək və fevralın 11-nə qədər davam edəcək.