Nigeriya və Konqo yarımfinalda, Kapo Verde Cənubi Afrikaya qarşı

Nigeriya və Konqo yarımfinalda, Kapo Verde Cənubi Afrikaya qarşı

Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin oyunları bu gün yekunlaşacaq.

Mediasport.az xəbər verir ki, Nigeriya Anqolanı (1:0), Konqo DR Qvineyanı (3:1) üstələyərək yarımfinala yüksəliblər.

Xatırladaq ki, bu gün sonuncu yarımfinalçılar da müəyyənləşəcək. "Qarabağ"ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo Verde Cənubi Afrika ilə qarşılaşacaq.

Afrika Millətlər Kuboku. 1/4 final mərhələsi

21:00 Mali - Fil Dişi Sahili

00:00 Kabo Verde - Cənubi Afrika