DÇ-2022: Portuqaliya İsveçrəni əzib keçdi, bütün 1/4 finalçılar məlumdur

DÇ-2022: Portuqaliya İsveçrəni əzib keçdi, bütün 1/4 finalçılar məlumdur

Dünya Kuboku-2022-nin 1/8 final mərhələsinə yekun vuruldu.

mediasport.az xəbər verir ki, 1/4 finala vəsiqə qazanan sonuncu komanda Portuqaliya - İsveçrə görüşüylə müəyyənləşdi.

İsveçrə yığmasını meydana çıxmasına peşman edən Fernandu Santuşun portuqaliyalıları mərhələni darmadağınla keçdilər - 6:1. Beləliklə, Qətər mundialının qalibi olmaq uğrunda Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya, Braziliya, Mərakeş və Portuqaliya milliləri mübarizə aparacaqlar.

DÇ-yə hələlik 2 günlük fasilə verilib. 1/4 final görüşləri dekabrın 9-dan başlanacaq.

Yarımfinal görüşləri dekabrın 13 və 14-də, 3-cü yer uğrunda matç dekabrın 17-də, final qarşılaşması isə dekabrın 18-də keçiriləcək.


Dünya Kuboku-2022. 1/4 final


9 dekabr

19:00. Xorvatiya - Braziliya

23:00. Niderland - Argentina


10 dekabr

19:00. Mərakeş - Portuqaliya

23:00. İngiltərə - Fransa