Çempionlar Liqasında həftənin ən yaxşısı olmağa namizədlər açıqlandı

Çempionlar Liqasında həftənin ən yaxşısı olmağa namizədlər açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

mediasport.az xəbər verir ki, qalib adına Erlinq Haaland ("Mançester Siti", İngiltərə), Hakan Çalhanoğlu (“İnter", İtaliya), Kərim Benzema (“Real”, İspaniya) və Viktor Osimhen (“Napoli”, İtaliya) iddialıdır.

Qalib sabah UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə seçiləcək.