İlk gün heç bir cüdoçumuz medal qazana bilmədi - "Masters" turniri

İlk gün heç bir cüdoçumuz medal qazana bilmədi - "Masters" turniri

Azərbaycan cüdo millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Masters” turnirinə uğursuz start verib.

mediasport.az xəbər verir ki, yarışın ilk günündə çıxış edən 5 cüdoçu medalçılar sırasına düşə bilməyib.

Yalnız Balabəy Ağayev 60 kq çəki dərəcəsində buna yaxın olub. Lakin o, bürünc medal uğrunda görüşdə cənubi koreyalı Kim Vun Jinə məğlub olub.

Kişilərdə Turan Bayramov (60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), qadınlarda isə Gültac Məmmədəliyeva (52 kq) mübarizəni erkən dayandırıblar.