Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də qazancı - 3 "bürünc"

Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də qazancı - 3 "bürünc"

Azərbaycanın cüdo millisi Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" yarışını 3 medalla başa vurub.

Mediasport.az xəbər verir ki, yarışın son günündə 90 kq çəkidə mübarizə aparan iki təmsilçimiz - Elcan Hacıyev və Vüqar Talıbov 3-cü yeri tutublar.

Daha əvvəl Kamran Süleymanov (66 kq) da bürünc medal qazanmışdı.

Bu nəticə ilə Azərbaycan “Böyük Dəbilqə”ni 17-ci pillədə başa vurub.

Yaponiya yığması (2-0-4) medal sıralamasında 1-ci yeri tutub. İtaliya (1-1-2) ikinci, Çin (1-1-1) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, ölkəmiz yarışda geniş heyətlə - 17 idmançı ilə təmsil olunub.

Kişilərin mübarizəsində Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kamran Süleymanov, Ruslan Paşayev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşangi Kakauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) çıxış edib.

Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Açelya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) qüvvəsini sınayıb.