İlham Zəkiyev Rotterdamdakı Avropa çempionatında gümüş medal qazandı

İlham Zəkiyev Rotterdamdakı Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan para-cüdoçusu İlham Zəkiyev Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında gümüş medal qazanıb.

mediasport.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 2 qat paralimpiya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Xatırladaq ki, Azərbaycan idmançıları buna qədər Avropa çempionatında daha 6 medal qazanmışdılar.