İnfantinodan yeni çağırış: "Bəli, bu, asan olmaya bilər"

İnfantinodan yeni çağırış: "Bəli, bu, asan olmaya bilər"

FİFA prezidenti Canni İnfantino idman ictimaiyyətinin üzvlərini populist düşüncə və şüarlardan çəkinməyə çağırıb.

Mediasport.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri idmanın insanları bir araya gətirməli olduğunu söyləyib:

“Populizm və demaqogiyadan uzaq durmalı, yüz ildən çoxdur bizi xarakterizə edən dəyərlərimizə sadiq qalmalıyıq. Qarşılıqlı hörməti qoruyub saxlamalı, tolerant davranmalı, ayrı-seçkiliyə heç bir halda yol verməməliyik. Bəli, bu, asan olmaya bilər, lakin cəhd etməliyik".

İnfantino bu sözləri Hindistanın Mumbay şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin 141-ci sessiyasında dilə gətirib.