Veşoviç və Edvin Kuç oynamadı, Türkiyə üç xalı üç qolla qazandı

Veşoviç və Edvin Kuç oynamadı, Türkiyə üç xalı üç qolla qazandı

UEFA Millətlər Liqasında 2-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutub.

"Qarabağlı" Marko Veşoviçin və "Neftçi"li Edvin Kuçun da çıxış etdiyi Monteneqro Uelsə uduzub.

Futbolçuların heç birinin adı matçın iştirak ərizəsinə salınmayıb.

Birinci tur Uelslə heç-heçə edən Türkiyə (0:0) bu dəfə İzmirdə İslandiyanı məğlub edib.

Bir neçə gün öncə İtaliyaya uduzan Fransa (1:3) Belçikanı 2 cavabsız qolla üstələyib.

UEFA Millətlər Liqası. 2-ci tur

9 sentyabr

A Liqası. 2-ci qrup

Fransa - Belçika 2:0

İsrail - İtaliya 1:2

Xal durumu: İtaliya - 6 xal, Fransa - 3 xal, Belçika - 3 xal, İsrail - 0 xal

B Liqası. 3-cü qrup

Norveç - Avstriya 2:1

Sloveniya - Qazaxıstan 3:0

Xal durumu: Sloveniya - 4 xal, Norveç - 4 xal, Avstriya - 1 xal, Qazaxıstan - 1 xal

B Liqası. 4-cü qrup

Monteneqro - Uels 1:2

Türkiyə - İslandiya 3:1

Xal durumu: Türkiyə - 4 xal, Uels - 4 xal, İslandiya - 3 xal, Monteneqro - 0 xal

C Liqası. 2-ci qrup

Kipr - Kosovo 0:4

Rumıniya - Litva 3:1

Xal durumu: Rumıniya - 6 xal, Kosovo - 3 xal, Kipr - 3 xal, Litva - 0 xal