2022-ci ildə dünyada ən çox qol vuran futbolçu kimdir? - SİYAHI

2022-ci ildə dünyada ən çox qol vuran futbolçu kimdir? - SİYAHI

2022-ci ilin geridə qalan doqquz ayında dünya üzrə yüksək liqalarda ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb. MediaSport.az xəbər verir ki, Sinqapurun “Tampins Rovers” klubunda çıxış edən Boris Kopitoviç bütün rəqiblərini qabaqlayır.

27 yaşlı monteneqrolu forvard Sinqapur liqasında 9 aya 29 qol vurub. Siyahıda ikinci sıranı Yaponiya liqasından “Albireks Niqata”lı hücumçu Kodai Tanaka tutur. 23 yaşlı yapon Kopitoviçdən bir top geri qalır.

PSJ-dən Kilian Mbappe və Meksikanın “Paçuka” komandasından Nikolas İbanyes 26 qolla 3-4-cü pillələri bölüşdürür. İlk beşliyi Roberto Levandovski qapayır. “Barselona”da çıxış edən polşalı forvardın hesabında 24 qol var.