İngilis hakim Bakıda kimə qırmızı vərəqə göstərəcək?
Avroliqanın qrup mərhələsinin 4-cü turunun "Qarabağ" - "Olimpiakos" oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.
mediasport.az xəbər verir ki, UEFA bu qarşılaşmanın taleyini ingiltərəli hakimlər brqiadasına həvalə edib.
Görüşü İngiltərə Premyer Liqasının 43 yaşlı təcrübəli və ən sərt referilərindən sayılan Kreyq Pouson idarə edəcək. Pouson İngiltərə futboluna xarakterik olaraq, idarəçilik zamanı sərt üzünü göstərsə də, qırmızı vərəqələrdən çox nadir hallarda istifadə edir. Daha çox sarı vərəqəyə üstünlük verir.
Li Betts və Yan Hassin bu dueldə ona laysman qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. Darren Con Herbert VAR hakimi, Peter Banks onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Con Skyervold, UEFA nümayəndəsi isə Bosniya və Herseqovinadan olan Milan Yankoviçdir.