AÇ-2024: Portuqaliya yığması rəqibinə 9 cavabsız qol vurub

AÇ-2024: Portuqaliya yığması rəqibinə 9 cavabsız qol vurub

AÇ-2024-ün seçmə qrup mərhələsində 6-cı turun növbəti görüşləri keçirilib.

Mediasport.az xəbər verir ki, iki qrupda 5 matç oynanılıb.

J qrupunun lideri Portuqaliya yığması tarixinin ən böyükhesablı qələbəsinə imza atıb. Roberto Martinesin komandası doğma meydanda Lüksemburq yığmasının qapısından 9 cavabsız top keçirib. Millinin bunadək ən böyük qələbələri Lixtenşteyn və Küveyt üzərində olmuşdu - 8:0. Azərbaycan yığmasına isə 1999-cu ildə 7:0 hesabı ilə qalib gəliblər.

Pireneylilər eyni zamanda bu seçmə mərhələdə Fransa ilə birlikdə qol buraxmayan 2 kollektivdən biridirlər.


AÇ-2024. Seçmə qrup mərhələsi. 6-cı tur


D qrupu

Ermənistan - Xorvatiya 0:1

Latviya - Uels 0:2

Xal durumu: Xorvatiya - 10, Türkiyə - 10, Ermənistan - 7, Uels - 7, Latviya - 0.


J qrupu

Portuqaliya - Lüksemburq 9:0

İslandiya - Bosniya və Herseqovina 1:0

Slovakiya - Lixtenşteyn 3:0

Xal durumu: Portuqaliya - 18, Slovakiya - 13, Lüksemburq - 10, Bosniya və Herseqovina - 6, İslandiya - 6, Lixtenşteyn - 0.