Avroliqada 1/4 finalın ilk matçları: "Liverpul" evində darmadağın edildi

Avroliqada 1/4 finalın ilk matçları: "Liverpul" evində darmadağın edildi

Futbol üzrə UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 4 matç baş tutub.

Günün gözlənilməz nəticəsi İngiltərədə qeydə alınıb, "Atalanta" "Enfild" stadionunda iddialı "Liverpul"u darmadağın edib.

Pley-offda "Qarabağ"ı son dəqiqə qolları ilə keçən "Bayer" isə "Vest Hem"ə 2 cavabsız qolla qalib gəlib. Bu mövsüm uduzmayan Şabi Alonsonun komandasının məğlubiyyətsiz oyunlar seriyası 42-yə çatıb.

Cavab duelləri aprelin 18-də keçiriləcək.


UEFA Avropa Liqası. 1/4 final. İlk oyunlar


“Milan” (İtaliya) - “Roma” (İtaliya) 0:1

“Liverpul” (İngiltərə) - “Atalanta” (İtaliya) 0:3

“Bayer” (Almaniya) - “Vest Hem” (İngiltərə) 2:0

“Benfika” (Portuqaliya) - “Marsel” (Fransa) 2:1