UEFA Avropa Liqası: Təxirə salınmış oyun bu gün keçiriləcək

UEFA Avropa Liqası: Təxirə salınmış oyun bu gün keçiriləcək

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turundan təxirə salınmış "Vilyarreal" (İspaniya) – "Makkabi" (Hayfa, İsrail) matçı bu gün keçiriləcək.

Mediasport.az xəbər verir ki, oktyabrın 19-da UEFA-nın İcraiyyə Komitəsi İsrail-Fələstin sərhəddindəki gərginlik səbəbindən oktyabrın 26-da baş tutmalı olan görüşü təxirə salmışdı.


UEFA Avropa Liqası. Qrup mərhələsi. 3-cü tur. F qrupu


00:00 "Vilyarreal" (İspaniya) - "Makkabi" (Hayfa, İsrail)

Xal durumu: Renn - 12, Vilyarreal - 9, Panatinaikos - 4, Makkabi - 1.