"Mançester Siti"nin dünya çempionatında yarımfinal sınağı
Bu gün futbol üzrə Klublararası Dünya çempionatında ikinci finalçının adı müəyyənləşəcək.
Mediasport.az xəbər verir ki, 22:00-da start götürəcək qarşılaşmada "Urava Red Daymonds" İngiltərənin "Mançester Siti" klubu ilə qarşılaşacaq.
Məğlub olan tərəf üçüncülük uğrunda "Əl-Əhli" ilə mübarizə aparacaq.
Misir təmsilçisi yarımfinalda "Fluminense"yə uduzub (0:2) və Braziliya klubu adını finala yazdırıb.
Klublararası Dünya çempionatı. Yarımfinal
22:00 "Urava Red Daymonds" - "Mançester Siti"