Ən yaxşı futbolçu kim seçiləcək? - Siyahıda nə Ronaldu var, nə Messi

Ən yaxşı futbolçu kim seçiləcək? - Siyahıda nə Ronaldu var, nə Messi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı kişi və qadın futbolçusu adına namizədləri açıqlayıb.

Mediasport.az xəbər verir ki, dünya futbolunun əfsanələri Kriştianu Ronaldu və Lionel Messi siyahıya daxil edilməyib.

Xatırladaq ki, ən yaxşılar İFFHS-in dünyanın bütün ölkələrindəki nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək.

İlin ən yaxşı kişi futbolçusu adına namizədlər:

Çud Bellinqem, Kilian Mbappe, Erlinq Haland, Fil Foden, Bukayo Saka, Camal Musiala, Florian Virts, Lamin Yamal, Rodri, Deklan Rays, Martin Edeqor, Harri Keyn, Koul Palmer, Uilyam Saliba, Ruben Dias, Niko Uilyams, Toni Kroos, Dani Olmo, Dani Karvaxal, Fabian Ruis, Kodi Qakpo, Vinisius Junior, Federiko Valverde, Rodriqo, Lautaro Martines, Hames Rodriges, Ademola Lukman, Viktor Osimhen, Akram Afif, Alfonso Devis.

İlin ən yaxşı qadın futbolçusu adına namizədlər:

Barbra Banda, Tabita Çavinqa, Temva Çavinqa, Rayçel Kundananji, Tarsian, Qabi Portilyo, Mayra Ramirez, Daniela Arias, Triniti Rodman, Malyori Suanson, Lindsey Horan, Xadija Şau, Sofia Smit, Lizbet Ovalye, Veronika Korral, Naomi Qirma, Kiko Seyke, Fuqa Naqano, Mari Fouler, Aytana Bonmati, Manuela Qiugliano, Qlodis Viqqosdottir, Mariona Kaldentey, Patrisiya Quiyarro, Karolin Qrehem Hansen, Salma Paralluelo, Giulia Quinn, Qreys Qeyoro, Aleksia Putellas, Eva Pajor.