Əlvida, Qaret Beyl!
Uels millisi və ABŞ-ın "Los-Anceles" klubunun futbolçusu Qaret Beyl karyerasını başa vurub.
mediasport.az xəbər verir ki, 34 yaşlı hücumameylli yarımmüdafiəçi sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
"Arzumu reallaşdırdığım və sevdiyim idman növü ilə məşğul olduğum üçün inanılmaz dərəcədə şanslıyam. Həyatımda yeni səhifə açıram. Dəyişiklik və yeni sərgüzəştlər üçün fürsət vaxtıdır".
Beyl karyerası ərzində "Sauthempton" və "Tottenhem", "Real" (Madrid) komandalarının şərəfini qoruyub. O, İspaniya nəhəngi ilə 5 dəfə Çempionlar Liqasını qazanıb. 3 dəfə La Liqa çempionu olub, bir dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. UEFA Super Kubokunda iki dəfə qələbə sevinci yaşayıb, dörd klublararası Dünya çempionluğu titulu var.
Yığmanın heyətində 111 oyun keçirib, 41 qol vurub.