Mövsüm başa çatıb: Neymarı yetişdirən klub liqadan düşüb

Mövsüm başa çatıb: Neymarı yetişdirən klub liqadan düşüb

Futbol üzrə Braziliya A Seriyasında 2023-cü il mövsümünə yekun vurulub.

Mediasport.az xəbər verir ki, "Palmeyras" ən yaxın izləyicisi "Qremiu"nu 18 xal qabaqlayaraq tarixində 12-ci dəfə ölkə çempionu adını qazanıb.

"Atletiko Mineyru" mövsümü 3-cü pillədə başa vurub.

7-qat Braziliya çempionu, Libertadores Kubokunu 3 dəfə qazanmış, dünya futbolunun ulduzlarından Neymarı yetişdirmiş "Santos" Elitanı tərk edib.

Sau Paulu təmsilçisi yeni mövsüm B Seriyasında mübarizə aparacaq.