La Liqada yeni mövsümün püşkü: İlk "El Klasiko" Madriddə olacaq

La Liqada yeni mövsümün püşkü: İlk "El Klasiko" Madriddə olacaq

Futbol üzrə İspaniya La Liqasında 2024/2025-ci illər mövsümünün püşkü atılıb.

Mediasport.az xəbər verir ki, Primera avqustun 17-də start götürəcək.

Mövsümə 2025-ci il mayın 25-də yekun vurulacaq.

İlk “El Klasiko" oktyabrın 27-də Madriddə baş tutacaq.

Əzəli rəqiblərin ikinci dueli isə mayın 11-də “Nou Kamp”da olacaq.


İspaniya La Liqası. 1-ci tur


17/18 avqust

“Atletik” B. - “Xetafe”

“Betis” - “Jirona”

“Malyorka” - “Real” M.

“Las Palmas” - “Sevilya”

“Vilyarreal” - “Atletiko” M.

“Valensiya” - “Barselona”

“Real Sosyedad” - “Rayo Valyekano”

“Selta” - “Alaves”

“Osasuna” - “Leqanes”

“Valyadolid” - “Espanyol”/”Real Ovyedo”