İntizam Komitəsi "Qəbələ" və "Zirə"nin futbolçularını cəzalandırdı

İntizam Komitəsi "Qəbələ" və "Zirə"nin futbolçularını cəzalandırdı

AFFA İntizam Komitəsi "Qəbələ"nin müdafiəçisi Ruan Renato və "Zirə"nin yeni transferi Donald Gerye haqda qərar çıxarıb.

mediasport.az xəbər verir ki, komitə hər iki futbolçunu 1 oyunluq cəzalandırıb.

Hər iki legioner qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün sanksiya ilə üzləşiblər. Onlar eyni zamanda öz klublarını 200 manat ziyana salıblar.

Bundan başqa, "Qəbələ" 4, "Sabah" isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə ayrılıq 800 manat cərimələnib. Analoji cərimə "Sumqayıt"la matçda 4 futbolçusu xəbərdarlıq alan "Turan Tovuz" və "Kəpəz"lə qarşılaşmada eyni sayda oyunçusu sarı vərəqə görən "Səbail"ə tətbiq olunub.

Həmçinin, "ASCO Arena"dakı oyunda meydan sahibləri xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub əlavə 800 manat cərimələnib.