"Sumqayıt"ın ilk rəqibi Türkiyə Superliqası komandası oldu
!["Sumqayıt"ın ilk rəqibi Türkiyə Superliqası komandası oldu](https://mediasport.az/uploads/images/202307/image_750x_64b3f7cb7f520.jpg)
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" klubunun yoxlama oyununda üz-üzə gələcəyi rəqiblərdən biri dəqiqləşib.
MediaSport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Superliqada çıxış edən "Sivasspor"la üz-üzə gələcək.
İyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Qeyd edək ki, "Sumqayıt" iyulun 27-dək Ərzurum şəhərində məskunlaşacaq.