İtalyan qapıçı "Qarabağ"dan aldığı təklif barədə: "Şirnikləndirici idi"

İtalyan qapıçı "Qarabağ"dan aldığı təklif barədə: "Şirnikləndirici idi"

İtaliyanın gənclərdən ibarət milli komandalarının keçmiş qapıçısı Vinçenso Fiorilyo "Qarabağ"dan aldığı təklif barədə danışıb.

Mediasport.az xəbər verir ki, 34 yaşlı qolkiper 2018-ci ildə Azərbaycanda çıxış etmək imkanının olduğunu açıqlayıb.

Hazırda İtaliya A Seriyası klubu “Salernitana”da forma geyinən Fiorilyo Ağdam təmsilçisinin yaxşı təkliflə müraciət etdiyini bildirib:

“2018-ci ildə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” qapıçı axtarırdı və ortaya kifayət qədər şirnikləndirici təklif qoymuşdu. Ancaq mən qərarımı verib “Peskara”da qalmağı üstün tutdum”.

Qeyd edək ki, Vinçenso 2006-2011-ci illərdə ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının hamısında oynayıb.