Renat Dadaşovun qiyməti qalxdı, Mahir Əmrəlinin dəyəri düşdü
"Transfermarkt" portalı Azərbaycan milli komandasının hücumçuları - Renat Dadaşov və Mahir Əmrəlinin transfer qiymətlərində dəyişiklik edib.
mediasport.az xəbər verir ki, məşhur portal İsveçrə Superliqası təmsilçisi "Qrasshopper"də uğurlu çıxış edən və cari mövsüm 4 qolla yadda qalan Renat Dadaşovun transfer dəyərini iki dəfədən çox artırıb.
23 yaşlı forvard hazırda 800 min avro qiymətləndirilir. Bir müddət əvvəl bu rəqəm 350 min avro idi.
Zaqreb “Dinamo”sunda oynamaq şansı görməyən Mahir Əmrəli isə transfer dəyərini itirib. 25 yaşlı hücumçunun transfer qiyməti 1, 5 milyon avrodan 1 milyon avroya düşüb.