"Qarabağ" - "Braqa" oyununun görünməyən tərəfləri rusiyalı blogerin VİDEOREPORTAJINDA

"Qarabağ" - "Braqa" oyununun görünməyən tərəfləri rusiyalı blogerin VİDEOREPORTAJINDA

"Yutub" kanalı "Вышел из комнаты" UEFA Avropa Liqası pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş "Qarabağ" - "Braqa" oyunundan maraqlı, fərqli video hazırlayıb.

Azərbaycana səfər edən kanalın aparıcısı görüş öncəsindən başlayaraq son - zəfər anına qədər maraqlı kadrlar lentə alıb.

Müəllif layihənin "telegram" kanalında da oyun və oyunətrafı geniş yazı paylaşıb, ətraflı izah verib.

Xüsusən matçın əvvəlində "İmarət" fan-klubunun açdığı məşhur "Allahverdi Bağırov-Qurban Qurbanov" plakatı haqqında məlumatın paylaşılması diqqətdən qaçmayıb.

Mediasport.az