Azərbaycandan 6 aya qovulan məşqçi özünə yeni klub tapıb
2022-ci ilin yanvarından-sentyabra qədər "Sumqayıt"ın baş məşqçisi olmuş Aleksey Baqa özünə yeni klub tapıb.
Mediasport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Rusiyanın 1-ci Liqa təmsilçisi "Sokol"u çalışdıracaq.
Belaruslu məşqçi Saratov klubunda Denis Boyarinçevi əvəzləyib.
"Sokol" hazırda 20 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.