İtaliyada nəhənglərin dueli: "Roma" Turin səfərində "Yuventus"a qarşı

  İtaliyada nəhənglərin dueli: "Roma" Turin səfərində "Yuventus"a qarşı

İtaliya A Seriyasında 3-cü turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə mövsümə uğurlu start verən "Yuventus" paytaxt təmsilçisi "Roma"nı qəbul edəcək.

Bu oyuna qədər yarışın iddialı klublarından olan "İnter" "Atalanta"nı darmadağın edib (4:0), "Milan" isə "Latsio" ilə məhsuldar heç-heçəyə imza atıb (2:2).

İtaliya A Seriyası. 3-cü tur

1 sentyabr

20:30 "Cenoa" - "Verona"

20:30 "Fiorentina" - "Montsa"

22:45 "Yuventus" - "Roma"

22:45 "Udineze" - "Komo"