"Pele həmişə belə deyirdi..."
Üçqat dünya çempionu Pelenin adını daşıyan xeyriyyə fondu "Santos"un Braziliya A Seriyasını tərk etməsinə münasibət bildirib.
Mediasport.az xəbər verir ki, qurum öncə əfsanəvi futbolçunun sitatını diqqətə çatdırıb.
Daha sonra B Seriyasına yuvarlanan Sau Paulu təmsilçisinə dəstək nümayiş etdirib:
"Pele həmişə belə deyirdi: "Zəfəri əldə etmək nə qədər çətindirsə, onu qazanmağın verdiyi xoşbəxtlik duyğusu tamamilə başqadır". "Santos" bizim qeyd-şərtsiz sevgimiz olmağa davam edəcək. Onlar çətinliklərə baxmayaraq, daha güclü dönəcəklər. Çətinliklərin öhdəsindən hamılıqla gələcəyik. Hər zaman "Santos"la birlikdə olacağıq".
Pele ağır və uzun sürən xəstəlikdən sonra, 29 dekabr 2022-ci ildə vəfat edib.
Xatırladaq ki, "Santos" yeni mövsüm B Seriyasında mübarizə aparacaq.