Avrokubokların təsnifat mərhələlərində VAR tətbiq olunacaq

Avrokubokların təsnifat mərhələlərində VAR tətbiq olunacaq

UEFA bu mövsüm avrokubokların təsnifat mərhələlərində Video Köməkçi Hakim (VAR) sisteminin tətbiq olunmasına qərar verib.

MediaSport.az xəbər verir ki, Avropa Liqasının III təsnifat və Konfrans Liqasının pley-off mərhələsində yeni texnologiyadan istifadə ediləcək.

VAR yarışların qrup mərhələlərində də tətbiq olunacaq. Bununla da sistemin əhatə etdiyi Avropa Liqası oyunlarının sayı 26 faiz (36 oyun), Konfrans Liqasında isə 311 faiz (140 oyun) artacaq.

Yeri gəlmişkən, bu mövsüm ilk dəfə olaraq, Çempionlar Liqasının bütün seçmə mərhələlərində VAR tətbiq edilir. Qərara əsasən, 2024/2025-ci illər mövsümündən etibarən VAR Avropa Liqasının I təsnifat mərhələsində istifadə olunacaq.