Bütün dövrlər üzrə ən çox qol vuranların siyahısı yeniləndi

Bütün dövrlər üzrə ən çox qol vuranların siyahısı yeniləndi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün dövrlərdə ən çox qol vuran oyunçuların siyahısını yeniləyib.

mediasport.az xəbər verir ki, Portuqaliya yığmasının lideri Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən 38 yaşlı hücumçu ümumilikdə 709 qol vurub. PSJ-nin argentinalı ulduzu Lionel Messinin aktivində 700 qol var. Sıralamada ilk "3-lüy" 691 qolla Braziliya millisinin keçmiş hücumçusu Romario qapayır.

Tarixdə ən çox qol vurmuş almaniyalı Ervin Helçman daha çox həvəskar çempionatlarda fərqləndiyi üçün aktivindəki 713 top hesaba alınmayaraq siyahıya salınmayıb.