Kavani tarixə düşdü
“Valensiya”nın hücumçusu Edinson Kavani İspaniya La Liqasının tarixinə düşüb.
mediasport.az xəbər verir ki, uruqvaylı futbolçu buna Primeranın 6-cı turu çərçivəsində baş tutan “Selta” ilə oyunda meydana çıxmaqla nail olub.
Uruqvaylı forvard 35 yaş 215-ci günlükdə liqada debüt edən ən yaşlı futbolçu adına yiyələnib. Təcrübəli futbolçu 2015-ci ildə “Eybar”ın heyətində 35 yaş 174-cü günündə debüt edən Şema Anibarronu geridə qoyub.
“Yarasalar” Kavaninin debüt matçında “Selta”nı 3:0 hesabıyla məğlub edib.