Jesuş "Fənərbağça"dan istefa verdi

Jesuş "Fənərbağça"dan istefa verdi

"Fənərbağça"ya Türkiyə Kubokunu qazandıran Jorje Jesuş baş məşqçi postundan ayrılıb.

mediasport.az xəbər verir ki, 69 yaşlı portuqaliyalı çalışdırıcı qərarını kubokun finalından sonra keçirilən mətbuat konfransında açıqlayıb.

İstanbul klubu onun rəhbərliyi altında Superliqada mövsümü 2-ci pillədə başa vurub. "Sarı bülbüllər"ə ötən ilin mayından rəhbərlik edən təcrübəli mütəxəssisin Səudiyyə Ərəbistanına yollanacağı gözlənilir.