"Kəpəz" 10-cu dəfə...
“Kəpəz” Azərbaycan kubokunda 10-cu səfər heç-heçəsinə imza atıb.
mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi 1/4 finalın cavab oyununda “Turan Tovuz”la sülhə imza atıb – 2:2. Bu, komandanın rəqib meydanındakı 51-ci matçına təsadüf edib.
Tərlan Əhmədovun komandası kubokun tarixində səfərdə 10 və daha çox heç-heçə edən 5-ci komandadır. “Neftçi” (19), “Qarabağ” (18), “Şamaxı” (12) və “Bakı” (11) daha çox sülhə nail olub.
Gəncəlilərin rəqib meydanındakı ilk heç-heçəsi 1993-cü il mövsümünün 1/32 finalında gerçəkləşib. “Nicat”la Bakıdakı matçda məhsuldar sülh qeydə alınıb – 2:2.