İnkişaf Turniri: Azərbaycan milli komandası darmadağın edildi

İnkişaf Turniri: Azərbaycan milli komandası darmadağın edildi

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirinə böyükhesablı məğlubiyyətlə başlayıb.

Mediasport.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv “ABFF Technical Center”də Belarusun müvafiq yaş qrupundan ibarət komandasına 0:4 hesabı ilə uduzub.

Yığmamız aprelin 25-də, saat 16:00-da Özbəkistan, aprelin 28-də, saat 13:00-da isə Tacikistan seçməsilə qarşılaşacaq.