"Turan Tovuz" bizneslə məşğul olan Nəsirovu futbola qaytardı - RƏSMİ

"Turan Tovuz" bizneslə məşğul olan Nəsirovu futbola qaytardı -  RƏSMİ

Bir neçə aydır yenidən böyük futbola qayıdan Budaq Nəsirov "Turan Tovuz"la rəsmi müqavilə bağlayıb.

MediSport.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə anlaşma 3 illik nəzərdə tutulub.

Məhz Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi "Turan", "Sumqayıt", "Araz Naxçıvan", "Kəpəz", "Sportinq"də (Portuqaliya) çıxış edib.

O, aşağı yaş qrupları üzrə milli komandalarımızla yanaşı, əsas yığmamızın da formasını geyinib.

Budaq təxminən 3-4 il idi ki, futboldan tamam uzaqlaşmış, bizneslə məşğul idi.