"Kəpəz"də yeni müqavilə - RƏSMİ

"Kəpəz"də yeni müqavilə - RƏSMİ

Hazırlıqları davam etdirən "Kəpəz"də yeni müqavilə reallaşıb.

Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi Əli Səmədovla anlaşmanı yeniləyib.

Gəncə futbol məktəbinin yetirməsi ilə "1+1" illik müqavilə imzalanıb.

27 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "sarı-göylər"in şərəfini qoruyur.