Azərbaycan Premyer Liqasında 19 ilin rekordu qeydə alındı
Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatan 2022/2023-cü illər mövsümündə 475 qol vurulub.
mediasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir, bu isə son 19 mövsüm üçün rekord göstəricidir.
2004/2005-ci illər mövsümündən indiyədək belə məhsuldarlıq qeydə alınmayıb. Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/2004-cü illər mövsümündə gerçəkləşib.
Baş tutan 167 oyununda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,90 olub.
2021/2022-ci illər mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,60-a bərabər idi.