"Kəpəz"in Türkiyəyə gedə bilməyən futbolçuları düşərgəyə qoşuldular

"Kəpəz"in Türkiyəyə gedə bilməyən futbolçuları düşərgəyə qoşuldular

"Kəpəz" Antalyada qış toplanışını davam etdirir.

mediasport.az xəbər verir ki, son iki gündə Antalyada havanın yağışlı olması hazırlıq prosesinə təsir etməyib.

Viza məsələsinə görə Antalyaya səfərləri ləngiyən Ahmed Ayzaya ilə Abdullahi Şuaybu artıq bu gündən komanda ilə birgə məşqlərə başlayıb. Onlar düşərgəyə qoşulan kimi səhər hazırlığında iştirak ediblər.