"Neftçi"nin futbolçusunu transfer etmək istəyir klub hansıdır?

"Neftçi"nin futbolçusunu transfer etmək istəyir klub hansıdır?

"Neftçi"nin vingeri Reziuan Mirzov karyerasını yenidən Rusiyada davam etdirə bilər.

Mediasport.az xəbər verir ki, vətənindən bir neçə klub 30 yaşlı futbolçu ilə maraqlanır.

Rusiya mətbuatı Mirzovun Premyer Liqa təmsilçilərindən dəvət aldığını yazıb.

Xatırladaq ki, o, yayda azad agent olacaq.

"Ağ-qaralar"a ötən yay "Ximki"dən gəlmiş yarımmüdafiəçi 23 rəsmi matçda yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb.