"Qarabağ"ın "Olimpiya" ilə oyunlarının vaxtı və yeri açıqlandı

"Qarabağ"ın "Olimpiya" ilə oyunlarının vaxtı və yeri açıqlandı

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın "Olimpiya" klubuna qarşı keçirəcəyi oyunların dəqiq vaxtı bəlli olub.

mediasport.az xəbər verir ki, avqustun 24-də səfərdə gerçəkləşəcək ilk qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş isə saat 20:00-da start götürəcək.