FOTO: "Qarabağ"ın iki futbolçusu beynəlxalq turnirdə mükafat aldı
Xəbər verdiyimiz kimi, "Qarabağ"In U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən "Bizim gələcəyimiz" turnirinin qalibi olub.
Ağdam təmsilçisi finalda yerli BATE kollektivinə 1:0 hesabı ilə qalib gələrək əsas kuboku qazanıb.
Asif Əlizadənin baş məşqçisi olduğu komandamızın heyətində iki futbolçu fərqlənib.
Turnirdə 4 qol vurmuş hücumçu Daniil Rəcəbov ən yaxşı forvard, 3 qol + 2 məhsuldar ötürmə etmiş Cavidan Əlizadə isə ən yaxşı oyunçu mükafatlarına layiq görülüb.