Klublarımız ilk dəfə keçiriləcək Avropa Kubokuna qatılacaq

Klublarımız ilk dəfə keçiriləcək Avropa Kubokuna qatılacaq

Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında ilk dəfə Avropa Kuboku keçiriləcək.

Mediasport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışın əsas məqsədi yerli federasiyalarla əməkdaşlığın genişləndirilməsi, həmçinin klub səviyyəsində çimərlik voleybolu üzrə yarışların sayının artırılmasıdır.

Klublar arasında Avropa Kuboku 5-8 oktyabr tarixlərində Türkiyənin Balıkəsir şəhərində təşkil ediləcək. Yarışın mükafat fondu 10.000 avrodur.

Azərbaycan Avropa Kubokunda həm qadın, həm də kişi klubu ilə təmsil olunacaq.