Fransada Avropa Kubokunda ölkəmizi hansı klub təmsil edəcək?

 Fransada Avropa Kubokunda ölkəmizi hansı klub təmsil edəcək?

Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Avropa Kuboku (CEV Beach Volley European Cup) keçiriləcək.

Mediasport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) klublar arasında təşkil etdiyi yarışa Fransa ev sahibliyi edəcək.

10-13 oktyabrda keçiriləcək Avropa Kubokunda Azərbaycanı "Azərreyl" klubunun qadın və kişi komandaları təmsil edəcək.

Qaydalara əsasən yarışda iştirak edən hər klub 2 komanda ilə və minimum 4, maksimum 6 oyunçu ilə təmsil oluna bilər. 

Qrup birinciləri birbaşa yarımfinala yüksəlir. İkinci və üçüncü yerin sahibləri isə öz aralarında (A2-B3, A3-B2) daha bir oyun keçirəcəklər.

Ötən il ilk dəfə Türkiyədə keçirilən çimərlik voleybolu üzrə Avropa Kubokunda "Murov Az Terminal"ın kişi komandası çempion olub.