AVF rəsmisi Çempionlar Liqası oyununda iş başında olacaq
Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, 1/4 final çərçivəsində keçiriləcək “LKS Kommerseson” (Polşa) və “Alyans Vero Volley Milano” (İtaliya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Görüşün hakimləri ukraynalı Mixaylo Medvid və rumıniyalı Boqdan Laurentiu Stoitsa olacaqlar.
Oyun sabah keçiriləcək.