Daxili qanaxma keçirən millimizin üzvü xəstəxanadan evə buraxılıb
Dekabrın 1-də səhhətində ciddi problem yaranan kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Həsənlinin səhhəti stabilləşib.
Bu barədə Mediasport.az saytına Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Bildirilib ki, daxili qanaxma və bağırsaq partlaması diaqnozu ilə əməliyyat olunmuş voleybolçu artıq xəstəxanadan evə buraxılıb.
Özünü daha yaxşı hiss edən yığmamızın üzvü müalicəsinə ev şəraitində və həkim nəzarətində davam edəcək.