Komanda yarışlarına start verilir

  Komanda yarışlarına start verilir

Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən gənclər arasında Avropa çempionatının komanda yarışları start götürür. 

Mediasport.az xəbər verir ki, komanda yarışlarında 16 ölkə medallar uğrunda mübarizə aparır.

Azərbaycan yarışlarda 9 idmançı ilə təmsil olunur. İlk rəqibimiz Bolqarıstan yığması olacaq.

Oğlanlar arasında -73 kq. çəkidə Aydın Rzayev və Vüsal Qələndərzadə, -90 kq. çəkidə Məmmədrza Hacızadə, +90 çəkidə Kənan Nəsibov və Əjdər Bağırov, qızlarda isə  -57 kq. çəkidə Xədicə Qədəşova və Fidan Əlizadə, -70 kq. Pərvanə Abdullayeva, +70 kq. çəkidə Nigar Süleymanova mübarizə aparacaqlar.