Yaşar Nəcəfov "qızıl", Leyla Əliyeva "gümüş" qazanıb - 11 cüdoçumuz isə medalsız qalıb - Böyük Dəbilqə
66 kq çəidə mübarizə aparan Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.
Mediasport.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva isə yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib.
Yaşar Nəcəfov həlledici dueldə yaponiyalı Takeşi Takeokaya 12 saniyəyə “ippon”la qalib gəlib. Leyla Əliyeva həlledici dueldə italiyalı Skutto Assuntaya uduzub.
Qeyd edək ki, ilk gündə yarışa qoşulan digər cüdoçularımız - Balabəy Ağayev, Rövşən Əliyev, Nazir Talıbov, Əhməd Yusifov (hamısı 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev, Ruslan Paşayev (hamısı 66 kq), Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Nərgiz Hacıyeva (57 kq) turnirlə erkən vidalaşıblar.