Qələndərzadə rəqibini gözləyir, Fidan Əlizadə qələbə ilə başladı
Tacikistanda cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Düşənbədə keçirilən yarışın ikinci yarış günündə Azərbaycanın iki idmançısı tatami üzərinə çıxacaq.
Gənclər arasında hazırkı dünya çempionu Vüsal Qələndərzadə (73 kq) mübarizəyə ikinci mərhələdən başlayacaq. O, Kemal Ovezdurdıyev (Türkmənistan) - Anton Dubovik (IJF) cütünün qalibi ilə qarşılaşacaq.
Fidan Əlizadə (57 kq) ikinci mərhələdən mübarizəyə başlayıb və Nino Tsiklaurini (Gürcüstan) məğlub edib.
İlk gündən sonra komandamızın hesabında medal yoxdur. Nizami İmranovla (60 kq) Aydan Vəliyeva (52 kq) bürünc medal uğrunda görüşdə məğlub olublar.