4 cüdoçumuz "Böyük Dəbilqə"də mübarizəyə qoşulacaq
Cüdo üzrə Azərbaycan milli komandasının 4 idmançısı Fransada keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.
Mediasport.az xəbər verir ki, Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev və Səid Mollayi (hər ikisi 81 kq) medal uğrunda yarışacaqlar.
Xatırladaq ki, dünən Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medal qazana bilməyiblər. Yarışa fevralın 4-də yekun vurulacaq. Həmin gün Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.
73 kq
1/32 final: Rəşid Məmmədəliyev – Kyartan Xreydarsson (İslandiya)
1/16 final: İbrahim Əliyev – İqor Vandtke (Almaniya)
81 kq
1/32 final: Zelim Tçkayev – Husni Taubani (Komor adaları)
1/32 final: Səid Mollayi – Alain Aprahamyan (Uruqvay)