Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulur - DÇ-2024

Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulur - DÇ-2024

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində cüdo üzrə dünya çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, bu gün mundialda Azərbaycanın daha iki idmançısı mübarizəyə qoşulacaq.

Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) medal qazanmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.

İndiyədək milli üzvlərindən yalnız Hidayət Heydərov (73 kq) medal qazanıb. 4-qat Avropa çempionumuz dünya çempionu tituluna da yiyələnib.

Digər təmsilçilərimiz - 48 kq-da Leyla Əliyeva, 57 kq-da Acelya Toprak, 60 kq-da Balabəy Ağayev, Turan Bayramov, 66 kq-da Yaşar Nəcəfov, Kamran Süleymanov və 81 kq-da Zelim Tçkayev ümidləri doğrultmayıblar.

100 kq-da Zelim Kotsoyev sabah yarışacaq.