Komandalarımız lisenziya xarakterli DÇ-nin hazırlıqlarına başladı
Güləş üzrə milli komandalarımız sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqardda təşkil olunacaq Dünya çempionatının hazırlığına start verib.
mediasport.az xəbər verir ki, yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.
Yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımız hazırlıqları Bakıda keçir. Sərbəst güləş üzrə millimizin təlim-məşq toplanışı isə mayın sonuna qədər Rusiyanın Vladiqafqaz şəhərində baş tutacaq.